525.Az

Şair Sabir Sarvan yad edildi


 

Şair Sabir Sarvan yad edildi<b style="color:red"></b>

Martın 11-də unudulmaz şairimiz Sabir Sarvanın vəfatından bir il ötdü. Bununla bağlı həmin gün şairin məzarı başında anım tədbiri keçirilib.
 
Mərasimdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və şairin poeziyasını sevənlər iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid mərhum şairin həyat və yaradıcılığından söz açıb, onun poeziyasının müasir Azərbaycan ədəbiyyatındakı yerindən bəhs edib.

Şair Əjdər Ol mərhumla xatirələrindən danışıb, onun hər zaman dostlarının, sevənlərinin, yaddaşında, qəlbində əbədi yaşayacağını vurğulayıb.

AYB-nin Qubadlı filialının sədri Namiq Məna Sabir Sarvanın Sumqayıt ədəbi mühitinin inkişafındakı rolundan bəhs edib.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin şairin Sumqayıt ədəbi mühitində gördüyü işlərdən danışıb.

Əməkdar artist Ağalar Bayramov, İlham Abbasov, Zahir Hüseynov və başqaları çıxış edərək mərhum şairi hörmətlə yad edib, ona Allahdan rəhmət diləyiblər.

Daha sonra Mərkəzi Kitabxananın Uşaq şöbəsinin AYB-nin Sumqayıt bölməsilə birgə layihəsi əsasında yaradılmış Sabir Sarvan poeziya teatrının üzvləri şairin yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda ailə adından Ənvər Əliyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

ŞAHANƏ

 





13.03.2018    çap et  çap et