525.Az

Meksika səfiri Mədəniyyət və İncəsənət Universitetində


 

Meksika səfiri Mədəniyyət və İncəsənət Universitetində <b style="color:red"></b>

Dünən Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışılıb.

Səfir R.Labardini rəhbərlik etdiyi diplomatik nümayəndəliyin paytaxt və regionlarda həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açıb. Həmçinin, Azərbaycanla Meksika arasında əlaqələrin inkişafında mədəniyyət sahəsində həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Səfir bir sıra Meksika universitetlərinin bu ali təhsil ocağı ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Tərəflər universitetlərarası əməkdaşlığın effektivliyindən danışaraq, birgə tədbirlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılmasının zəruriliyinə toxunublar.

C.ABASOV

 





13.03.2018    çap et  çap et