525.Az

ADU müəllimləri Ağdam köçkün məktəbində "Kitabi-Dədə Qorqud"dan danışdılar


 

ADU müəllimləri Ağdam köçkün məktəbində "Kitabi-Dədə Qorqud"dan danışdılar <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri Həmidə Əliyeva, laboratoriyanın aparıcı elmi işçisi Nuridə Muxtarzadə, laboratoriyanın böyük elmi işçisi Fidan Abdurəhmanova, təcrübə, professional inkişaf və karyera şöbəsinin baş mütəxəssisi Səidə Əhmədova Mingəçevir şəhərində yerləşən 47 saylı Ağdam məcburi köçkün tam orta məktəbində pedaqoji təcrübədə olan tələbələrə baş çəkiblər.

Məktəb kollektivi və şagirdlərlə görüş zamanı çıxış edən filologiya üzrə fəlsəfə doktoru Həmidə Əliyeva  bildirib ki, köçkün məktəblərinə səfər etmək hər bir kəsin vətəndaşlıq borcudur.

Laboratoriya müdiri bölgələrdə məcburi köçkün məktəblərində təcrübə keçmək təşəbbüsünün məhz ADU - nun rektoru, akademik Kamal Abdullanın gəldiyini xüsusilə vurğulayıb. Özünün əslən Şuşadan olduğunu fəxrlə söyləyən Həmidə xanım yaxın gələcəkdə işğalda olan torpaqlarımızın Azərbaycan ordusu tərəfindən azad olunacağına əminliyini ifadə edib.

Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Nuridə Muxtarzadə, laboratoriyanın böyük elmi işçisi Fidan Abdurəhmanova Azərbaycan folklorunun ən qədim nümunəsi olan "Kitabi Dədə Qorqud" salnaməsindən bəzi nümunələri müəllim və şagirdlərin nəzərinə çatdırıblar.

Tədbir müxtəlif səhnəcik, şeir və mahnı ifaları ilə davam etdirilib.

S.QARAYEVA

 





13.03.2018    çap et  çap et