525.Az

Xalq yazıçısı Anara Azərbaycan Prezidentinin Fəxri diplomu təqdim edildi - Fotolar


 

Xalq yazıçısı Anara Azərbaycan Prezidentinin Fəxri diplomu təqdim edildi - <b style="color:red">Fotolar</b>

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarı 80 illiyi münasibətilə təbrik edib.

Bu münasibətlə Xalq yazıçısına cənab Prezidentin fəxri diplomu və şəxsi təbrik məktubu təqdim olunub. Diplomu Azərbaycan Yazıçılar Birliyində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təqdim edib.

Mərasimdə nazirlik nümayəndələri və AYB rəhbərliyi çıxış edib. Anarın şəxsiyyəti və yaradıcılığı haqqında söz açan nazir onu yubileyi münasibətilə təbrik edib, can sağlığı, uzun ömr və yeni yaradıcılıq uğurları arzulayıb.

Xalq yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm yazıçı və dramaturq, həm də ictimai xadim kimi fenomen şəxsiyyət adlandırıb. Qeyd edib ki, Anar Azərbaycan ədəbiyyatının canlı tarixidir. Onun ədəbi və ictimai fəaliyyəti həmişə Azərbaycan dövlətçiliyinin, milliliyinin təbliğinə yönəlib. Buna görə də Xalq yazıçısının yubileyi nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda da böyük şəkildə qeyd ediləcək.

Daha sonra müzakirə şəklində davam edən görüşdə bir sıra təkliflər irəli sürülüb. Ə.Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib. Təklif maraqla qarşılanıb.

Şahanə MÜŞFİQ

 





14.03.2018    çap et  çap et