525.Az

Nazir müavini: "İndiyədək 5 mindən çox sahibkara lisenziya verilib"


 

Nazir müavini: "İndiyədək 5 mindən çox sahibkara lisenziya verilib"<b style="color:red"></b>

"İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci ildən bu günə qədər 5 311 sahibkara lisenziya verilib". 

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. 

S.Məmmədovun sözlərinə görə, bu lisenziyaların 51%-ni yeni lisenziyalar təşkil edir. 

"Bundan başqa, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-ə, icazələrin sayı isə 330-dan 87-yə endirilib, lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləği 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib və prosedurlar sadələşdirilib",- deyə S.Məmmədov əlavə edib.

 





14.03.2018    çap et  çap et