525.Az

Bakı məktəblərində 31 mart soyqırımına həsr olunan tədbirlər keçirilir


 

Bakı məktəblərində 31 mart soyqırımına həsr olunan tədbirlər keçirilir<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə" əmr imzalanıb.

İdarənin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, müvafiq əmr ilə təsdiqlənmiş "1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı"na əsasən, mart soyqırımına aid müxtəlif mövzularda mühazirə, toplantı, "dəyirmi masa", xüsusi dərs, məşğələ və konfranslar təşkil edilir.

"Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır" mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilir. Mart soyqırımından bəhs edən, divar qəzetləri, bülleten, fotostend və guşələr hazırlanır.

Tədris ocaqlarında azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya və fləşmobların keçirilməsi, sənədli və bədii filmlərin nümayişi də planlaşdırılır. Həmçinin, təhsil müəssisələrinin internet resurslarına soyqırımı əks etdirən materialların yerləşdirilməsi, keçirilən tədbirlərin kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda 1998-ci ildən 31 mart dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

S.QARAYEVA

 





14.03.2018    çap et  çap et