525.Az

Büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırıldı


 

Büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırıldı<b style="color:red"></b>

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları artırılıb. 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar verib.

Yeni qərarın qəbulu ilə bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarı ləğv edilib.

 





15.03.2018    çap et  çap et