525.Az

Mirşahinin telekanalı yayıma başladı


 

Mirşahinin telekanalı yayıma başladı <b style="color:red"></b>

"Real" TV peyk yayımına başlayıb. 

APA-nın xəbərinə görə, “Real” TV bu gündən “Azərspace-1” peykində yayımlanır. 

Telekanalı peyklə bərabər, tvreal.azsaytı və bəzi kabel operatorları vasitəsilə izləmək mümkündür. 

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Telekanalın direktoru tanınmış jurnalist Mirşahin Ağayevdir.

 





15.03.2018    çap et  çap et