525.Az

San-Fransiskonun “İnternet Arxivi” kitabxanasının müdiri Milli Kitabxanada - Foto


 

San-Fransiskonun “İnternet Arxivi” kitabxanasının müdiri Milli Kitabxanada - <b style="color:red">Foto</b>

Martın 15-də ABŞ-ın San-Fransisko şəhərində fəaliyət göstərən “İnternet Arxivi” kitabxanasının müdiri Bryuster Keyl Milli Kitabxanada olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşdə internet arxivi haqda məlumat verən Bryuster Keyl kitabxananın internet səhifəsində təxminən 11 milyon kitab, 4 milyon səs yazısı və 3 milyon video olduğunu bilditib.

Qonaq həyata keçirdikləri rəqəmsallaşıdırma layihəsi haqqında ətraflı məlumat verib, Fransa Milli Kitabxanası, İtaliya Milli Kitabxanası, Britaniya Kitabxanası, Konqres Kitabxanası və dünyanın bir sıra tanınmış kitabxanaları ilə kitabların rəqəmsallaşdırılması üzrə əməkdaşlıq etdiklərini bildiribr. 20 ildən çoxdur ki,  fəaliyyət göstərən kitabxanada gün ərzində təxminən 1000 ədəd kitabın rəqəmsallaşdırıldığını vurğulayan Bryuster Keyl Azərbaycan Milli Kitabxanası ilə də əməkdaşlıq barədə təklif irəli sürüb.

Direktor Kərim Tahirov təklif haqqında düşünəcəklərini, bu barədə qərarını daha sonra bildirəcəyini qeyd edib. Kərim Tahirov həmçinin Milli Kitabxanada da rəqəmsallaşdırma prosesinin aparıldığını, təxminən 30000 qramofon valının rəqəmsallaşdırılaraq CD disklərə köçürüldüyünü və Kitabxananın serverində yerləşdirildiyini  vurğulayıb. Direktor həmçinin Petruçi Musiqi Kitabxanası ilə olan əməkdaşlıq haqqında məlumat verib, dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruçi Musiqi Kitabxanası  (IMSLP) saytında yerləşdirildiyini bildirib. Bu kimi əsərlərin dünyanın məşhur veb səhifələrində yerləşdirilməsinin mədəni irsimizin dünyada tanıdılmasında böyük rolu olduğunu qeyd edib.

Qonaq daha sonra Milli Kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsini və Nadir kitablar və kitabxana muzeyi şöbəsini ziyarət edib və kitabxana haqqında müsbət fikirlərini bölüşüb. Qonaq həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana ilə də tanış olub, bu layihənin çox kreativ və əhəmiyyətli bir layihə olduğunu xüsusilə vurğulayıb.

Daha sonra Milli Kitabxananın direktoru profesor Kərim Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində) və “Azərbaycan mətbəxi” (ingilis dilində) kitablarının hədiyyə edib.

 





15.03.2018    çap et  çap et