525.Az

Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul etdi


 

Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul etdi<b style="color:red"></b>

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sabirabad rayonunda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Kürdəmir, Sabirabad və Saatlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Qəbulda 20 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox xidmətin aidiyyəti şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də veteran adının və vəsiqəsinin verilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

 





15.03.2018    çap et  çap et