525.Az

Milli Kitabxanada Xalq yazıçısı Anarla bağlı sərgi


 

Milli Kitabxanada Xalq yazıçısı Anarla bağlı sərgi <b style="color:red"></b>

Martın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 80 illik yubileyi münasibətilə "Xalq yazıçısı Anar" adlı kitab sərgisi təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının Azərbaycan və xarici dillərdə müəllifi olduğu əsərləri, məsləhətçisi, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, "Ön söz" yazdığı kitablar, eləcə də ayrı-ayrı müəlliflər tərəfindən yazıçı haqqında yazılmış dəyərli kitablar və dövri mətbuat materialları sərgilənir.

Milli Kitabxanada bu sərgi həftə ərzində davam edəcək.

 





15.03.2018    çap et  çap et