525.Az

"Münaqişənin nizamlanması yollarını tərəfdaşlarımızla müzakirə edirik"


 

"Münaqişənin nizamlanması yollarını tərəfdaşlarımızla müzakirə edirik"<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi martın 14-də Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunub-olunmamasına aydınlıq gətirib. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu bir sıra tərəfdaşları ilə müzakirə etdiyini söyləyib:

"Biz münaqişənin nizamlanması yollarını tərəfdaşlarımızla müzakirə edirik. Söhbət həmsədr və region ölkələrindən gedir. Bu, normal haldır və diplomatik işin bir hissəsidir".

 





15.03.2018    çap et  çap et