525.Az

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin edildi


 

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin edildi<b style="color:red"></b>

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub. 

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib. 

F. Quliyev buna qədər "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.

 





15.03.2018    çap et  çap et