525.Az

Ekmeleddin İhsanoğlunun çıxış zamanı vəziyyəti pisləşdi


 

Ekmeleddin İhsanoğlunun çıxış zamanı vəziyyəti pisləşdi<b style="color:red"></b>

Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində türkiyəli deputatın vəziyyəti pisləşib. 

APA-nın məlumatına görə, paneldə çıxış edən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunun səhhətində problem yaranıb. 

O, çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub. 

E. İhsanoğlu iclas zalından çıxarılıb, ona yardım edilib.

 





16.03.2018    çap et  çap et