525.Az

ADPU-da “18 mart - Çanaqqala zəfəri” mövzusunda tədbir


 

ADPU-da “18 mart - Çanaqqala zəfəri” mövzusunda tədbir <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali təhsil ocağında təhsil alan türkiyəli tələbələrin təşəbbüsü ilə Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş “18 mart - Çanaqqala zəfəri” mövzusunda tədbir keçirilib.

Tədbirdə ADPU-nun rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Abdulqafur Büyükfırat, Mədəniyyət müşaviri İrfan Ciftçi, Türkiyə Əməkdaşlıq və İnkişaf  İdarəsinin (TİKA) təmsilçiləri, universitetin müəllim və tələbələri iştirak ediblər.

ADPU-nun prorektoru, professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bütün Türk dünyasının tarixinə böyük qəhrəmanlıq və hərbi şücaət salnaməsi kimi daxil olmuş Çanaqqala zəfərindən  103 il keçir. Məşhur Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşüb. Çanaqqala zəfəri Türk xalqının, Türk millətinin tarixin ən çətin və mürəkkəb dövrlərində öz gücünü, iradəsini ortaya qoymaq bacarığını bütün dünyaya sübut edib. Bu savaş həm də Türk Qurtuluş Döyüşünə böyük təsir göstərib. Məhz buna görə Türkiyə Respublikası qurulduqdan sonra 18 mart tÇanaqqala Şəhidlərini Xatırlama Günü elan olunub.

Professor A.Zamanov deyib ki, bütün Türk dünyasının parlaq hərbi-siyasi istedadından, məharətindən böyük qürur və fəxr duyduğu Mustafa Kamal Atatürk bu döyüşdə öz üzərinə düşən hərbi vəzifələri layiqincə yerinə yetirib. Bu fakt həm də Mustafa Kamal Atatürkün Türk xalqının milli lideri kimi ortaya çıxmasına həlledici təsir göstərib. A.Zamanov bildirib ki, böyük tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksək inkişaf yolundadır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, “Biz bir millət, iki dövlətik”.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət müşaviri İrfan Ciftçi,  türkiyəli tələbələrin İdarə Heyətinin sədri Hakan Köseyi və başqaları çıxış edərək Çanaqqala zəfərinin 103-cü ildönümü ilə bağlı tədbirin təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, iki qardaş xalqın həmrəy olmasından qürur duyduqlarını vurğulayıblar.

Toplantıda Türk xalqının böyük tarixi şəxsiyyətlərinin bu günümüzlə səsləşən fikirləri və “Çanaqqala” şeiri səsləndirilib, “Harmandalı Zeybek” rəqsi ifa edilib, Çanaqqala zəfəri ilə bağlı videoçarx və Bakı Türk Orta Məktəbinin şagirdlərinin xorunun ifasında musiqilər təqdim edilib. Görkəmli türk sənətçisi Yağız Ozanın ifası tədbir iştirakçılarının rəşbəti ilə qarşılanıb.
























 





16.03.2018    çap et  çap et