525.Az

AŞPA həmməruzəçiləri seçkiləri müşahidə üçün Bakıya gəlirlər


 

AŞPA həmməruzəçiləri seçkiləri müşahidə üçün Bakıya gəlirlər<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri bu ilin aprelində Azərbaycana səfər edəcəklər. 

Sechki-2018.az saytının xəbərinə görə, bu barədə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda məlumat verib.

Onun sözlərinə görə, hər iki həmməruzəçi aprelin 10-da AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçiriləcək Prezident seçkilərinin muşahidə etmək üçün Bakıya gələcəklər.

S.F.Preda qeyd edib ki, AŞPA-nın həmməruzəçiləri olaraq mayda növbəti dəfə Azərbaycana səfər etməyi planlaşdırırlar.

Xatırladaq ki, martın 15-də Parisdə AŞPA Bürosu Azərbaycanda keçiriləcək Prezident seçkilərini muşahidə etmək üçün missiyanın tərkibini təsdiqləyib. 33 nəfərlik missiyaya rumıniyalı parlamentar Viorel Riçard Badea rəhbərlik edəcək.

 





16.03.2018    çap et  çap et