525.Az

"Seçkilər dövlətimizin qarşısında yeni inkişaf perspektivləri açacaq"


 

"Seçkilər dövlətimizin qarşısında yeni inkişaf perspektivləri açacaq"<b style="color:red"></b>

Azərbaycanda kifayət qədər sağlam seçki mühiti var. Seçkilərdə iştirak etmək üçün indiyədək qeydiyyatdan keçmiş namizədlərin sayı və onların müxtəlif siyasi baxışların təmsilçiləri olmaları da buna əyani sübutdur.

Bu fikirləri sechki-2018.az saytına açıqlamasında “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

O, prezident seçkilərinin hər bir ölkənin gələcəyinə, onun vətəndaşlarının həyatına ciddi təsir göstərən siyasi hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, bu mənada ölkəmizdə sıravi vətəndaşlarımızın da seçkiyə olan marağı müsbət dəyərləndirilməlidir.

Siyasi şərhçi deyib ki, sabit ictimai-siyasi vəziyyət və iqtisadi inkişaf ölkəmizdə demokratik və azad seçki keçirmək üçün tam şəraitin olduğunu deməyə əsas verir.

Azərbaycanın kifayət qədər əhəmiyyətli geosiyasi coğrafi məkanda yerləşdiyin deyən V.Zifəroğlu bildirib: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən ciddi nəqliyyat qovşağına çevrilən ölkədir. Azərbaycan dünya birliyində öz yeri, sözü və müstəqil siyasəti ilə nüfuz qazanmış ölkədir. Azərbaycan özünün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu inamla nümayiş etdirib. Bu baxımdan ölkəmizdəki sabitlik regionda gedən bir çox proseslərə öz müsbət təsirini göstərməkdədir. Aprel ayında keçiriləcək prezident seçkiləri müstəqil dövlətimizin qarşısında yeni inkişaf perspektivləri açacaq”.

 





16.03.2018    çap et  çap et