525.Az

"11 aprel seçkiləri yeni mərhələnin başlanğıcı olacaq"


 

"11 aprel seçkiləri yeni mərhələnin başlanğıcı olacaq"<b style="color:red"></b>

Azərbaycan Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsidir. Bu ölkədə demokratik cəmiyyət formalaşıb. Əminəm ki, aprelin 11-də Azərbaycanda demokratik seçkilər keçiriləcək.

Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Qırğızıstan Parlamentinin deputatı Aalı Karaşev belə deyib.

Onun sözlərinə görə, 11 aprel seçkiləri Azərbaycanda yeni inkişaf mərhələsinin başlanğıcı olacaq.

“Əminəm ki, Azərbaycan xalqı layiqli namizədə səs verəcək. Azərbaycanda bütün sahələrdə qazanılan uğurlar, əldə olunan inkişaf bundan sonra da davam edəcək. Azərbaycan beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirəcək”, – deyə deputat vurğulayıb.

 





16.03.2018    çap et  çap et