525.Az

Orta məktəblərdə pul yığılması cinayət məsuliyyəti yaradacaq


 

Orta məktəblərdə pul yığılması cinayət məsuliyyəti yaradacaq<b style="color:red"></b> Orta məktəblərdə pul yığılması inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də yaradacaq. Lent.-az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, nazirlik orta məktəblərdə əsassız pul yığılması hallarına qarşı mübarizə aparacaq.
Nazir həmçinin bildirib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmayan uşaqlar uşağın müraciət etdiyi məktəbdə müsabiqəyə buraxılacaq: “Uşağın I sinfə qəbulu onun səviyyəsindən və müsabiqədə göstərdiyi nəticədən asılı olacaq”.

M. Cabbarov deyib ki, orta məktəblərə vakant müəllim yerlərinin siyahısı iyulun 1-dən Təhsil Nazirliyinin saytında yerləşdiriləcək. Buna uyğun olaraq müəllim işləmək istəyənlər nazirliyə onlayn müraciət edə bilərlər.
 





28.06.2013    çap et  çap et