525.Az

Moldova prezidenti: "Dnestryanı münaqişəsinin həllinə yaxınıq"


 

Moldova prezidenti: "Dnestryanı münaqişəsinin həllinə yaxınıq"<b style="color:red"></b>

"Ötən il Azərbaycana və Ermənistana rəsmi səfərlərin zamanı prezidentlərlə Dağlıq Qarabağ münaqişəsini çox detallı müzakirə etdik". 

APA-nın məlumatına görə, bu sözləri Moldova prezidenti İqor Dodon deyib. 

"Ümid edirəm ki, son vaxtlar mövcud olan və mövqelərin müzakirə olunduğu platforma prosesi irəli aparacaq. Ümidvaram ki, bu, regionda yaşayan xalqların və dövlətlərin maraqları nəzərə alınaraq baş verəcək. Bizim də həll olunmayan problemimiz var - Dnestryanı münaqişəsi. Biz bu məsələnin həllinə yaxınıq. Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, bizdə insanlar ünsiyyət qurur, birgə yaşayırlar", - deyə o qeyd edib.

 





16.03.2018    çap et  çap et