525.Az

4 rayonda modul tipli məktəblər quraşdırılacaq


 

4 rayonda modul tipli məktəblər quraşdırılacaq<b style="color:red"></b>

Prezident İlham Əliyev Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, qeyd olunan rayonlarında 748 şagird yerlik modul tipli 11 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 (üç milyon doqquz yüz on beş min) manatı Təhsil Nazirliyinə ayrılıb.

 





17.03.2018    çap et  çap et