525.Az

Lənkəran Dövlət Universitetində Novruz ovqatı - Fotolar


 

Lənkəran Dövlət Universitetində  Novruz ovqatı - <b style="color:red">Fotolar</b>

Bu gün Lənkəran Dövlət Universitetində (LDU) Novruz bayramı qeyd olunub.

Bayram şənliyində universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov iştirakçılara LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun bayram təbrikini çatdırıb.

Novruz bayramının ta qədimlərdən xalqımızın ən əziz bayramı olduğunu, adət-ənələrinin sevilə-sevilə qorunaraq bugünümüzə qədər yaşadıldığını xalqın öz-soy kökünə bağlılığı ilə izah edən universitet rəsmisi bütün iştirakçıları bayram münasibəti ilə təbrik edib, onlara xoş bayram arzularını bildirib.

Universitetin ictimai-mədəni həyatında fəal iştirak edən tələbələri bayram münasibəti ilə mükafatlandırılıb, onlara fəxri fərmanlar təqdim olunub.

Rəsmi hissədən sonra meydan Novruz bayramının atributları olan Bahar qıza, Kosa və Keçələ verilib.Tələbələrin ifasında səslənən şən mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, şux zarafatlar iştirakçılara əsl bayram ovqatı yaşadıb.

 





17.03.2018    çap et  çap et