525.Az

Namizədlərə həftə ərzində ümumilikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq


 

Namizədlərə həftə ərzində ümumilikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. 

APA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə ödənişsiz əsaslarla həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində, 3 saat televiziya, 3 saat radioda olmaqla, ümumilikdə çıxış üçün 6 saat vaxt ayrılacaq. 

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

 





18.03.2018    çap et  çap et