525.Az

Emin Həsənli: “Azərbaycanda peşəkar seçki institutu var”


 

Emin Həsənli: “Azərbaycanda peşəkar seçki institutu var”<b style="color:red"></b>

“Müstəqillik dövründə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquq, qanunvericilik sahəsində də böyük işlər görülüb. 1995-ci ildə Konstitusiya qəbul edilib. Ana qanunda prezident, parlament, bələdiyyə seçkiləri və refendumun keçirilmə qaydaları öz əksini tapıb”.

Bunu “525”ə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Azərbaycanda dəfələrlə seçkilərin keçirildiyini qeyd edən E.Həsənli bildirib ki, ölkədə kifayət qədər peşəkarlaşmış seçki institutu, nümunəvi seçki məcəlləsi və qanunvericiliyi var: “Ölkəmiz bu sahədə böyük təcrübə qazanıb. Hətta xarici dövlətlərin bu təcrübəni öyrənməsində fayda var. Əgər müstəqilliyin əldə olunduğu ilk illərdə seçki prosesində müəyyən qədər təcrübəsiz yanaşma, mübahisəli məsələlər, qanunvericilikdə hansısa boşluqlar varıydısa, indi bu sarıdan heç bir problem yoxdur. Azərbaycan beynəlxalq təşkilatlarla işləyərək seçki qanunvericiliyini xeyli təkmilləşdirə bilib. Burada kütləvi informasiya vasitələrinin rolundan,  insanların sərbəst toplaşmaq azadlığından tutmuş namizədliyin irəli sürülməsi, imzaların toplanması, təhvil verilməsi, namizədliyin qeydə alınması və Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini tanımasına qədərki proses beynəlxalq hüquq və təcrübəyə tam uyğundur”.

Ceyhun ABASOV

 





18.03.2018    çap et  çap et