525.Az

Elçin Əhmədov: “Seçkiyə hazırlıq dövründə ümumi ab-hava olduqca müsbətdir”


 

Elçin Əhmədov: “Seçkiyə hazırlıq dövründə ümumi ab-hava olduqca müsbətdir”<b style="color:red"></b>

“Azərbaycanda prezident seçkilərinə hazırlıq dövründə ümümi ab-hava olduqca müsbətdir”.

Bunu “525”ə açıqlamasında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

Azərbaycanın dünya arenasında nüfuzunun xeyli artdığını deyən E.Əhmədov bildirib ki, ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib:

“Azərbaycan yalnız regionda yox, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir  göstərmək imkanı qazanıb. Bundan əlavə, mühüm geosiyasi məkan kimi Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab  edilir. Dövlətimiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.

Ölkə rəhbərliyinin qəbul etdiyi istənilən qərar regionda və dünyada baş verən proseslərin dərin təhlilinə əsaslanır. Azərbaycan Cənubi Qafqaza ola biləcək təhdidləri çox gözəl bilir, fəaliyyətində də məhz onları nəzərə alır. Prezident seçkilərinin keçirilməsiylə bağlı qərar həm də siyasi sabitliyə əsaslanır. Bu qərar Azərbaycanın daxili işidir”.

Ceyhun ABASOV

 

 





19.03.2018    çap et  çap et