525.Az

Putin seçkilərdə onu dəstəkləyənlərə təşəkkürünü bildirdi


 

Putin seçkilərdə onu dəstəkləyənlərə təşəkkürünü bildirdi<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində ona səs verənlərə təşəkkürünü bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Manej meydanında keçirilən konsertə qatılan Vladimir Putin səhnəyə çıxaraq çıxış edib.  

"Nəticəyə görə sizə təşəkkürümü bildirirəm. Siz - bizim ümumi komandamızsız. Mən bu komandanın üzvüyəm. Bu gün səs verənlər bizim böyük çoxmillətli komandamızdır", - deyə V. Putin bildirib. 

Onun sözlərinə görə, prezident seçkilərinin nəticəsi son illər görülən işlərə verilən yüksək qiymətdir.

 





19.03.2018    çap et  çap et