525.Az
Putin 2030-cu ildə yenidən Rusiya prezidenti olacaq?
Rusiya prezidenti Vladimir Putin 2030-cu ildə yenidən prezident vəzifəsinə seçilməsinin mümkünlüyünü "gülünc" adlandırıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, öz seçki qərargahında jurnalistlərin sualını cavablandıran Vladimir Putin 2030-cu ildə yenidən prezident vəzifəsinə seçilməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verib:
"Sizin dediyiniz bir az gülməlidir. Gəlin hesablayaq. 100 yaşına kimi burda oturacam? Yox!",- deyə, 65 yaşlı Rusiya prezidenti bildirib.
19.03.2018 çap et