525.Az

Kılıçdaroğlunun partiyası Suriyaya müdaxilənin əleyhinədir


 

Kılıçdaroğlunun partiyası Suriyaya müdaxilənin əleyhinədir<b style="color:red"></b>

Kılıçdaroğlu: "Türkiyə güclü dövlətdir və məntiqli davranmalıdır"

525.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyası Suriyaya hərbi müdaxiləyə imkan verəcək qərar layihəsi ilə bağlı qapalı toplantı keçirib. Ana müxalifət partiyası Suriyaya müdaxiləni nəzərdə tutan qərar layihəsinin əleyhinə səs vermək haqda qərar qəbul edib.

Toplantıdan sonra mətbuata açıqlama verən CXP lideri Kamal Kılıçdaroğlu Türkiyənin güclü bir dövlət olduğunu bildirib və məntiqli hərəkət edilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Böyük Millət Məclisi isə bu dəqiqələrdə toplanıb. Suriyaya hərbi müdaxiləyə imkan verən qərar layihəsi qapalı toplantıda müzakirə ediləcək

 





04.10.2012    çap et  çap et