525.Az

Səlim Müslümov 160 nəfərədək şəxsi fərdi qaydada qəbul edib


 

Səlim Müslümov 160 nəfərədək şəxsi fərdi qaydada qəbul edib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlarla mütəmadi olaraq görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavablandırılmasını diqqət mərkəzində saxlayır.

Nazirlikdən verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı olaraq, 2017-ci ildə və cari ilin ötən dövründə nazirliyin rəhbərliyi və məsul şəxsləri tərəfindən 13 min nəfərə yaxın şəxsin fərdi qaydada qəbulu həyata keçirilib. Onlardan 1465 nəfər nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilib.

Qeyd olunan dövr ərzində əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 931 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib. Təkcə son iki ay yarım dövrdə S.Müslümov Salyan, Abşeron və Siyəzən rayonlarında və nazirlikdə keçirdiyi qəbullar zamanı 160 nəfərədək şəxsi fərdi qaydada qəbul edib.

Müraciətlərdə sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. Belə müraciətlərlə əlaqədar vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə, digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi, o cümlədən, ünvanlı dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta və pensiya, əmək münasibətləri və s. sahələrin elektron infrastruktur üzərində qurulması bu sahələrdə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə, həmin sahələr üzrə dövlət xidmətlərinin şəffaflaşmasına şərait yaradıb. Nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırlmış mexanizmlər üzrərində müasir və şəffaf xidmətlər şəbəkəsinin formalaşdırılması nazirliyin qəbul otağına müraciət edənlərin sayının da 3,5 dəfə azalmasına səbəb olub. Xüsusilə ünvanlı dövlət sosial yardımı, əlilliyin təyinatı sahələrində elektron sistemlərin tətbiqi müraciətlərin aşağı enməsinə şərait yaradıb. Bu sahələrdə müraciətlər elektron qaydada qəbul olunur və vətəndaşlara onların qeyd etdikləri əlaqə vasitələrinə cavablar da elektron formada göndərilir.

C.ABASOV

 





19.03.2018    çap et  çap et