525.Az

Trampın qızı və kürəkəninin olduğu helikopterdə nasazlıq


 

Trampın qızı və kürəkəninin olduğu helikopterdə nasazlıq <b style="color:red"></b>

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampla əri Cered Kuşnerin olduğu helikopter Vaşinqtona qayıtmalı olub. 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, buna səbəb Nyu-Yorka uçmalı olan helikopterin iki mühərrikindən birində yaranan nasazlıq olub.
 
Hadisə bir neçə gün öncə baş verib. Cütlüyün nümayəndəsi məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Onların hansı səbəbdən təyyarə yerinə helikopterdən istifadə etdiyi bilinmir. 

Qeyd edək ki, C. Kuşner prezident Trampın müşaviridir.

 





19.03.2018    çap et  çap et