525.Az

OPEC Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır


 

OPEC Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır<b style="color:red"></b>

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır, bu variant müzakirə olunur.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu OPEC baş katibi Məhəmməd Barkindo bildirib.

M. Barkindo bütün variantların müzakirə olunduğunu qeyd edib. 

Qeyd edək ki, bundan öncə KİV-lər açıqlanmayan mənbələrə istinadən  M. Barkindonun Bakıya səfəri zamanı Azərbaycanın OPEC-ə üzvlüyü ideyasının müzakirə olunduğu barədə məlumat yayıblar.

 





20.03.2018    çap et  çap et