525.Az

ABŞ və Türkiyə Mənbic üzrə razılığa gələ bilmədilər


 

ABŞ və Türkiyə Mənbic üzrə razılığa gələ bilmədilər<b style="color:red"></b>

ABŞ və Türkiyə Suriyanın Mənbic şəhərindəki vəziyyətlə bağlı razılığa gələ bilməyiblər. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.    

“Razılaşmaya nail olunmayıb”, - deyə H.Nauert jurnalistlərə bildirib.   

Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ  kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.   

 





21.03.2018    çap et  çap et