525.Az

Mehdi Mehdiyev: "Əhali fəal şəkildə seçkilərdə iştirak edəcək"


 

Mehdi Mehdiyev: "Əhali fəal şəkildə seçkilərdə iştirak edəcək"<b style="color:red"></b>

"Prezident seçkilərinə hazırlıq prosesi müsbət qiymətləndirilməlidir. Hər kəs Azərbaycanda seçki sisteminin nə qədər təkmilləşdiyinin, ölkəmizin seçki təcrübəsinin nə qədər artdığının şahidi olur".

Bunu "525"ə açıqlamasında "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

M.Mehdiyev bildirib ki, seçki prosesi ölkə Konstitusiyası, Seçki Məcəlləsinin tələblərinə uyğun, beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınaraq, demokratik, şəffaf və ədalətli şəkildə həyata keçirilir: "Azərbaycan dövləti dünya ictimaiyyətinin də bu seçkilərə böyük marağı olduğu üçün bir çox ölkə və təşkilatlara dəvətlər göndərib, yerli müşahidəçilərlə yanaşı, beynəlxalq monitorinq missiyalarının sərbəst şəkildə seçkiləri izləməsinə hər cür şərait yaradıb".

QHT sədri qeyd edib ki, müşahidələr, əhali arasında aparılan sorğular seçici fəallığının yüksək olacağından xəbər verir: "Ölkə vətəndaşları seçkiyə tam hazırdır. Əhali fəal şəkildə seçkilərdə iştirak edəcək, dövlətin, xalqın gələcək taleyinin, inkişafının müəyyənləşdirilməsində müstəsna rol oynayacaq".

Ceyhun ABASOV

 

 





21.03.2018    çap et  çap et