525.Az

Çin pilotsuz tankları sınaqdan keçirir


 

Çin pilotsuz tankları sınaqdan keçirir<b style="color:red"></b>

Çin Dövlət Televiziyası ilk dəfə pilotsuz tankları nümayiş etdirib. 

APA-nın məlumatına görə, Çin pilotsuz tankları sınaqdan keçirməyə başlayıb. 

Süni intellektlə təchiz olunmuş və modernləşdirilmiş bu tanklar sovet istehsalı olan T-54 tanklarının əsasında yığılıb. Çin hərbçiləri bildiriblər ki, zamanında çoxlu sayda belə tanklar istehsal edilib və hazırda yaxşı vəziyyətdə olan bu tanklar süni intellektlə təchiz olunmaqdadır.

Bununla belə, "Global Times" yazıb ki, pilotsuz tankları klassik tank modelləri ilə müqayisə etdikdə, məlum olur ki, hələ də bir çox texniki problemlər həllini tapmalıdır.

 





21.03.2018    çap et  çap et