525.Az

Güclü külək rayonlarda elektrik naqillərini qırıb, evlərin damını uçurub - Yenilənib


 

Güclü külək rayonlarda elektrik naqillərini qırıb, evlərin damını uçurub - <b style="color:red">Yenilənib</b>

Güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

APA-nın yerli bürosunun məlumatına görə, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub. 

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.    

*** 21.03.18, 20:29 

Bu gün güclü külək Ağdam və Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub. 

APA-nın Qarabağ bürosunun məlumatına görə, elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub. Külək Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.

 





22.03.2018    çap et  çap et