525.Az

ABŞ Ukrayna və Gürcüstana 525 milyon dollar vəsait ayıracaq


 

ABŞ Ukrayna və Gürcüstana 525 milyon dollar vəsait ayıracaq<b style="color:red"></b>

ABŞ Konqresi Ukrayna və Gürcüstana 525 milyon dollar vəsait ayıracaq. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu rəqəmlər 2018 maliyyə ili üçün ABŞ-ın büdcə layihəsində yer alıb. 

“Gürcüstana yardım üçün azı 105 milyon 325 min dollar, Ukraynaya isə azı 420 milyon 700 min dollar ayırılmalıdır”, sənəddə vurğulanıb. Bundan əlavə ABŞ 2018-ci maliyyə ilində müdafiə xərcləri üçün Ukraynaya 200 milyon dollarlıq hərbi yardım edəcək.

Konqresin hər iki palatası martın 24-dək büdcəni qəbul etməlidir. Büdcə layihəsi qüvvəyə minməsi üçün prezident Donald Tramp tərəfindən imzalanmalıdır.

 





22.03.2018    çap et  çap et