525.Az

Aİ Rusiyadakı səfirini geri çağırır


 

Aİ Rusiyadakı səfirini geri çağırır<b style="color:red"></b>

Avropa İttifaqı “Skripalın işi” ilə əlaqədar Rusiyadakı səfirini geri çağırmağı qərara alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven bildirib.    

“Aİ-nin Rusiyadakı səfirini geri çağırmağı qərara aldıq”, - deyə Aİ Şurasının mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

 





23.03.2018    çap et  çap et