525.Az

Latviya səfiri: “Azərbaycandakı seçki prosesini müsbət qiymətləndirirəm”


 

Latviya səfiri: “Azərbaycandakı seçki prosesini müsbət qiymətləndirirəm”<b style="color:red"></b>

“Azərbaycandakı seçki prosesini müsbət qiymətləndirirəm. Vətəndaşlara seçkilərdə iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb”.
 
APA-nın xəbərinə görə, bunu Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

O bildirib ki, seçkilər ölkənin gələcəyini, xarici və daxili siyasətini müəyyənləşdirir:

“Məhz buna görə də seçkilər hər bir ölkənin gələcəyi üçün çox vacibdir. Əminəm ki, Azərbaycan seçiciləri bu seçkidə öz iradələrini nümayiş etdirəcək və doğru seçim edəcəklər”.

 





23.03.2018    çap et  çap et