525.Az

Rəşad Məcid: "İctimai qınaq bu adamları hər yerdə yaxalamalıdır"


 

Rəşad Məcid: "İctimai qınaq bu adamları hər yerdə yaxalamalıdır"<b style="color:red"></b> "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birlyinin Gənclər üzrə katibi Rəşad Məcid Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xaricdə antiazərbaycan kampaniyası aparan bir qrup şəxs haqqındakı statusuna dəstək nümayiş etdirib.

Baş redaktor açıqlamasında vurğulayıb ki, sözügedən status kübarlığı və nəzakət tonu ilə seçilir:

"Bütün fəaliyyətində və insanlara münasibətində məhz bu cür gördüyümüz Əli müəllim Azərbaycanın simvollarına qarşı söyüş və təhqir leksikonu ilə danışanlara qarşı fikirlərində də heç zaman bu nəzakəti itirmədi! Sözügedən statuslarında da "hər adamın mahiyyətində bir xeyir başlanğıcı olduguna inanıram" söyləyib, bu şəxsləri ədəb-ərkan çərcivəsində mübarizəyə çağırdı! Bu cür münasibətdən sonra da həmin adamların söyüş, təhqir leksikonunu davam etdirməsi artıq onların mahiyətində heç bir xeyir başlangıcının qalmadığını göstərir!

Belə məqamda cəmiyyətin ağıllı, vicdanlı adamları susmamalı, bu təhqir, söyüş müharibəsinə qarşı etiraz səsini ucaltmalıdırlar! İctimai qınaq bu adamları hər yerdə yaxalamalıdır - insanlar arasında da, sosial şəbəkələrdə də. Ağıllı və abırlı adamlar müşahidəçi mövqeyində qalmamalı, "beləsinə baş qoşmağa dəyməz" - deyib, yaxalarını kənara çəkməməlidirlər! Bu baxımdan Əli müəllimin sözügedən statusları bütün vicdanlı, ağıllı vətəndaşlarımızı bir araya gətirməli, Azərbaycan cəmiyyəti üçün yad olan bu iyrənc mübarizə metodu kəskin şəkildə qınanmalıdır!"
 





23.03.2018    çap et  çap et