525.Az

Qurban Qurbanovun ev debütü məğlubiyyətlə başladı


 

Qurban Qurbanovun ev debütü məğlubiyyətlə başladı<b style="color:red"></b>

Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Qol.az-ın məlumatına görə, millimiz Belarusla qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş  Qurban Qurbanovun millimizin baş məşqçisi qismində ilk ev sınağı olub. Millimiz 0:1 hesabı ilə uduzub.

Buna qədər Azərbaycan millisi Belarusla 2 dəfə qarşılaşmışdı. İlk oyun 2:2 hesabı, ikinci qarşılaşma isə millimizin 1:0-lıq qələbəsi ilə tamamlanıb.

Qeyd edək ki, yığmamız növbəti yoxlama görüşünü martın 27-si Antalyada Makedoniyaya qarşı keçirəcək.

Yoldaşlıq oyunu

23 mart

20:00. Azərbaycan - Belarus - 0:1
Qol
: Maksim Medvedev, 42 - avtoqol
Hakimlər: Andris Treymanis, Haralds Gudermanis və Aleksey Spasyonnikov (hamısı Latviya)
Bakı Olimpiya Stadionu

 





23.03.2018    çap et  çap et