525.Az

İspaniya Ali Məhkəməsi Puçdemonun həbsi üçün beynəlxalq order verdi


 

İspaniya Ali Məhkəməsi Puçdemonun həbsi üçün beynəlxalq order verdi <b style="color:red"></b>

İspaniya Ali Məhkəməsi ölkədən qaçmış sabiq Kataloniya lideri Karles Puçdemon və onun bir neçə silahdaşının həbsinə beynəlxalq order verib. 

APA-nın məlumatına görə, bu barədə “El Pais” qəzeti xəbər verib.

Məlumata görə, Kataloniya hökumətinin keçmiş üzvləri üsyana təhrikdə günahlandırırlar.

Xatırladaq ki, 2017-ci il, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası K.Puçdemon və digər 4 nəfərin həbs edilməsinə dair qərar çıxarmışdı. Kataloniya hökumətinin keçmiş üzvləri qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurdular. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

 





23.03.2018    çap et  çap et