525.Az

Azərbaycan Turizm Assosiasiyasının nəzdində yeni komitə təsis edildi


 

Azərbaycan Turizm Assosiasiyasının nəzdində yeni komitə təsis edildi<b style="color:red"></b>

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) nəzdində yeni komitə təsis edilib. 

"APA-Economics"in məlumatına görə, bu barədə Assosiasiyanın İdarə Heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib. 

“AZTA-nın idarə heyətinin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə komitə yaradılıb. Yeni komitənin artıq ilk iclası keçilib. İclasda əsasən inzibatı məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş üzrə komitənin rəhbəri Samirə Quliyeva seçilib”, deyə Göydəniz Qəhrəmanov vurğulayıb. 

Beləliklə, Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm, getmə turizm, nəqliyyat məsələləri, otellərlə və bələdçilərlə iş üzrə 5 komitəsi fəaliyyət göstərir.

 





28.03.2018    çap et  çap et