525.Az

Putin Türkiyəyə səfər edəcək


 

Putin Türkiyəyə səfər edəcək<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin aprelin 3-4-də Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşəcək. Tərəflər energetika sahəsinə dair strateji layihələri, Suriya məsələsi də daxil olmaqla, regional və beynəlxalq problemləri müzakirə edəcək. 

Türkiyə paytaxtında Rusiya-Türkyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasının keçirilməsi planlaşdırılır: “İclasda ikitərəfli ticari-iqtisadi əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri, birgə strateji layihələrin, o cümlədən energetika layihələrinin icrası nəzərdən keçiriləcək. Görüşdə Suriya və terrorizm kimi beynəlxalq problemlərə də toxunulacaq”, - deyə məlumatda qeyd olunur. 

R. T. Ərdoğan və V. Putin videokonfrans vasitəsilə “Akkuyu” atom elektrik stansiyasının birinci blokunun bünövrəsinin qoyulmasına start verəcək.

 





02.04.2018    çap et  çap et