525.Az

Qusarda kənd turizmi layihələri maliyyələşdiriləcək


 

Qusarda kənd turizmi layihələri maliyyələşdiriləcək<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Qusarda işgüzar forum keçirib. 

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən startap və kənd turizmi layihələrinin maliyyələşdirilməsi, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl maket” və logistik mərkəzin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

 





02.04.2018    çap et  çap et