525.Az

Nazir: "Bu il ölkəyə gələn turistlərin sayı 12,5 faiz artıb"


 

Nazir: "Bu il ölkəyə gələn turistlərin sayı 12,5 faiz artıb"<b style="color:red"></b>

"Üç ay ərzində ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən 12,5% artıb".

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, mart ayında da ölkəyə gələn turistlərin sayında artım müşahidə olunub:

"Novruz bayramında Azərbaycana çoxlu sayda turist gəlib. Novruz bayramında Mədəniyyət və Turizm Nazirliyi, Milli Təbliğat Bürosu tərəfindən çoxsaylı tədbirlər keçirilib. Bizim müşahidələrə görə, Novruz tədbirlərində 1 milyon yarımdan çox insan iştirak edib. Bu, olduqca yaxşı rəqəmdir".

 





04.04.2018    çap et  çap et