525.Az

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi dəyişdi


 

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi dəyişdi<b style="color:red"></b>

Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev tutduğu vəzifədən azad edilərək idarənin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib. 

Nazirin imzaladığı digər əmrlə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüfət Quliyev Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

 





04.04.2018    çap et  çap et