525.Az

Ankara regionda sülhün təşəbbüskarı və təminatçısına çevrilir


 

Ankara regionda sülhün təşəbbüskarı və təminatçısına çevrilir<b style="color:red"></b>

Bir neçə gün əvvəl Ankarada keçirilən Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya probleminin həllinə dair Zirvə toplantısı münaqişənin dinc yolla həllinə dair irəliyə doğru daha bir addım kimi yadda qaldı.

Siyasi liderlərin 2017-ci il noyabrın 22-də və 2018-ci il yanvarın 30-da Soçidə keçirilən üçtərəfli sammitinin davamı olan Zirvə toplantısında olduqca mühüm siyasi müzakirələr aparıldı və səmərəverici təkliflərin üzərində iş aparılması barədə birgə dəstək ifadə olundu.

Türkiyə, Rusiya və İranın dövlət başçılarının 3 il əvvəl başlatdıqları sülhyaratma missiyasının həlledici bir mərhələyə çatdığını şərtləndirdi. Toplantıda qəbul edilən bəyanatın Suriyada zorakılığın azaldılmasına kömək edən və ölkədə sülh və stabilliyin bərpasında yeganə təsirli beynəlxalq təşəbbüs olduğu təsdiqini tapdı.

Ankara Zirvə toplantısında yekun bəyannamənin əsas qayəsi Suriyada sülhün bərqərar olması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi oldu. Siyasi liderlər yekdilliklə bəyan etdilər ki, Suriyanın ərazi bütövlüyü şərtdir. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bəyan etdi: "Suriyanın ərazi bütövlüyü Türkiyə üçün olduqca vacibdir. Suriyada əmin-amanlıq olmasa Türkiyədə əmin-amanlıq olmaz. Biz torpaq əməliyyatlarına isti baxmırıq. Burada bizim vəziyyətimizdə olan bir ikinci ölkə yoxdur. Türkiyənin daxildə və sərhəd xaricində terrorla mübarizə problemi var. Bu məsələ sona çatanadək mübarizəmizə davam edəcəyik".

Hazırda Suriyada sülh üçün yaxşı fürsət yaranıb, terrorçuların və silahlı qrupların böyük bir qismi sıradan çıxarılıb. 2018-ci ilin ötən dövrü ərzində terrorçuların zərəsizləşdirilməsi istiqamətində uğurlu nəticələr əldə olunub. İŞİD-in Suriyadakı hərbi infrastrukturu tamamilə darmadağın edilib, YPG və PYD-nin hegemonluğu zəiflədilib. Türkiyə Silahlı Qüvvələri uğulu Afrin əməliyyatı ilə özünü Suriyanın demokrtaik siyasi müxalifəti sayan və münaqişənin nizamlanmasında maneəçili törədən YPG və PYD mifini darmadağın edib, həmin terrorçu qrupun müdafiəçiləri də geri çəkilmək məcburiyyətində qalıb. Zirvə toplantısında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin terrorla mübarizədə dayanmadan sonadək sarcıdıcı həmlə strategiyası barədə dünyaya verdiyi mesajı da kürd separatizminin Suriyanın siyasi səhnəsindən silinəcəyinə dəlalət edir. Bu kimi amillər YPG-yə silah verən və təlim keçən ABŞ-ın öz hərbçilərini geri çəkəcəyi barədə bəyan verməsi ilə nəticələnib.

İran Prezidenti Həsən Ruhaninin qeyd etdiyi kimi, Suriya xalqının dünənə baxanda bu gün ümid daha çoxdur, bu ümidlərin heçə enməsinə imkan verilməməlidir. Onların vahid dövlət və milli birlik istəklərinin gerçəkləşməsi üçün hamı bir nöqtədə birləşməlidir. Hamı birlikdə Suriyadakı müharibənin dayanması üçün kömək etməlidir.

Rusiya Prezidenti Vladimir Putinin vurğuladığı kimi üçlü əməkdaşlığın bütün aspektlərinin artırılması, genişləndirilməsi üçün lazım olan dəstək veriləcək. "Ehtiyac duyulan regionlarda insanlara təcili yardım, tibbi yardım barədə nə görə konkret şəkildə dəyərləndirəcəyik. Bundan sonra daha məqsədəuyğun oplan üzrə işlər görüləcək".

Toplantıda yekun olaraq regiondakı bütün silahlı qüvvələr üçün konkret mesaj verildi: Dövlətin, yaxud müxalifərin nəzarətində olan silahlı qüvvələrin yeganə məqsədi hərbə son verərək kompromisə gəlmək, vasitəçilərin birgə səyi ilə açıq dialoq şəraitində problemin həll olunmasına nail olmaq. Bu prosesdə hər bir tərəf siyasi iradə nümayiş etdirməli, Suriyada dinc yaşayışın təmin olunmasına inanaraq ümummilli maraqlara söykənən qəti addımlar atmalıdır.

Türkiyə Suriyanın tamamilə təhlükəsiz bölgəyə çevrilməsi, ölkədə firavanlığın və bütün xalqların birgə sülh və sabitlik şəraitində yaşayışının təmin olunması üçün səylərinin davam etdirəcəyini və sabitliyin möhkəmlənməsinə dəstək verəcəyini də üzərinə götürməyə hazırdır. Ərdoğanın qeyd etidiyi kimi “nə Suriyanın, nə də regionumuzdakı digər bölgə xalqlarının gələcəyinin üç-beş terror təşkilatının təsiri altında qalmasına imkan verməyəcəyik. Heç bir ölkə Suriyanın gələcəyi üçün qərar vermə hüququna malik deyil”. Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir. Sülhyaratma proseslərində dövlətin müqəddəratını, birliyini düşünən bütün xalqların təmsilçilərinə yer veriləcək, separatçı zehniyyətlə ümümdövlət mənafeyini düşünən konservativ qüvvələr ayırd ediləcək. Sülh danışıqlarında özünü terror təşkilatları kimi göztərmiş YPG və PYD-nin iştirakı isə yolverilməz hesab olunur.

Suriyada bütün siyasi qüvvələrin təmsil olunduğu hökumətin formalaşması, ölkədə yeni Konstitusiyanın hazırlanması və demokratik təsisatların, idarəetmə strukturlarının fəaliyyətini təmin edən seçkilərin keçirilməsini dəstəklədilər. Zirvə toplantısı qarşıdakı mərhələdə regiondakı vəziyətin nizamlanması baxımından nə vəd edir?

Türkiyə, Rusiya və İran dövlətlərinin liderlərinin açıq mövqeyi onu göstərir ki, münaqişənin həllinə dair səmərəli danışıqlar daha ümidverici axarla davam edəcək. “Üçlüyün” Suriya böhranının həlli ilə bağlı başlatdığı Astana formatı ən yaxşı və optimist həll yolu olaraq Suriyada zorakılığın azaldılmasına, ölkədə sülh və stabilliyin bərpasına gətirib çıxaracaq. Eyni zamanda, beynəlxaql ictimaiyyətin də bu prosesə fəal qoşularaq müsbət yekun nəticənin əldə olunmasına imkanlar açacaq.

Ankara Zirvə toplantısında dövlət başçılarının qəbul etdiyi birgə bəyanat Suriyada gələcəkdə quruculuq işlərinin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi sabit inkişafı baxımından da əhəmiyyət kəsb edir. Sülh dövründə ölkənin rifahına nail olmaq üçün beynəlxalq əməkdaşlığın formalaşmasına zəmin yaradır. Məsələn, üç dövlətin Siyasi rəhbərlərinin beynəlxalq ictimaiyyətə çağırışında humanitar birgə əməkdaşlığa dəvət ifadə olundu. Suriyalı qaçqınların öz evlərinə dönməsi üçün humanitar yardımlar göstərməsində Qərb, Şərq, Avropa, Asiya regionu ölkələri arasında ayrı-seçkilik olmamalıdır.

Dünyanın hər bir ölkəsi beynəlxalq dəyərlərə sadiq qalaraq humanitar əməkdaşlığa töhfə verməli, 8 ildir ki, dözülməz həyat yaşayan suriyalılara dəstək olmalıdır. Suriyada ərazilərin minalardan təmizlənməsi, infrastrukturun əvvəlki halına gətirilməsi, yeni infrastruktur imkanlarının yaradılması, insanların zəruri yaşayış vasitələri ilə təmin edilməsi üçün BMT başda olmaqla beynəlxalq təşkilatlar və cəmiyyətlər süstlüyə son verməli, əməli işə keçməlidir.

 





12.04.2018    çap et  çap et