525.Az

İran ayətullahı Türkiyəni tənqid etdi


 

İran ayətullahı Türkiyəni tənqid etdi<b style="color:red"></b> İranlı ayətullah Mekarim Şirazi Türkiyəni Suriya siyasətinə görə tənqid edib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ayətullah Türkiyəni İsraillə işbiriliyində günahlandırıb: "Siz qəsbkar İsraillə əl-ələ verib məsum insanları qətl etmək üçün Suriyaya terrorist göndərirsiniz. Buna görə tarixdə rəzil-rüsvay olacaqsız".

Mekarim Şirazi Suriyaya müdaxilə edən ölkələr arasında Türkiyənin birinci sırada durduğunu deyib. O qeyd edib ki, Suriya xalqı öz problemlərini özü həll etməlidir. Qərb dövlətlərinin dəstəyi ilə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin Suriyada xaos yaratdığını vurğulayan ayətullah Şirazi Türkiyəni sərt tənqid edib.
 





04.10.2012    çap et  çap et