525.Az

Trabzonda “Azərbaycan Cümhuriyyəti-100” mövzulu məruzə dinlənilib - Foto


 

Trabzonda “Azərbaycan Cümhuriyyəti-100” mövzulu məruzə dinlənilib - <b style="color:red">Foto</b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid aprelin 12-dən 15-nə qədər Beynəlxalq Trabzon Ədəbiyyat Festivalında (UTEF) iştirak edib.

Festival çərçivəsində keçirilən müxtəlif tədbirlərdəki çıxışlarında Azərbaycan mətbuatı və ədəbiyyatı haqqında geniş məlumatlar verən R.Məcidin Trabzonun Şalbazarı bölgəsində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə “Azərbaycan Cümhuriyyəti-100” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə Şalbazarı Bələdiyyəsinin rəhbərliyi və üzvləri, yerli müəllimlər, sakinlər və müxtəlif bölgələrdən festivala qatılan nümayəndələr iştirak ediblər.

Məruzəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsini xüsusi vurğulayan R.Məcid Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Nuri Paşanın rəhbərliyilə Qafqaz İslam ordusu tərəfindən 1918-ci il sentyabrın 15-də Bakının azad olunması, yaranan yeni dövlətin qısa zaman içərisində gördüyü böyük tarixi işlərdən danışıb, qonaqları maraqlandıran sualları geniş və ətraflı şəkildə cavablandırıb. Məruzədə Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam ordusunun fəaliyyətindən əhatəli bəhs olunub.

Xatırladaq ki, Rəşad Məcid festivalın ilk günü Trabzon Qəzetçilər Cəmiyyətində keçirilən konfransda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun məruzəçisi kimi “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxış etmişdi. 

Şahanə MÜŞFİQ

 





16.04.2018    çap et  çap et