525.Az

Türkiyədə bir sıra dövlət qurumları ləğv oluna bilər


 

Türkiyədə bir sıra dövlət qurumları ləğv oluna bilər<b style="color:red"></b>

Türkiyədə prezident idarəçiliyi formasına keçid çərçivəsində bir sıra dövlət qurumlarında struktur dəyişiklikləri aparılacaq.

Trend-in məlumatına görə, prezident idarəçiliyi formasına keçidlə əlaqədar olaraq Nazirlər Kabinetinə tabe olan bir sıra dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi gözlənilir.

Hazırda Türkiyə Nazirlər Kabinetinə 25 dövlət orqanı tabedir.

Bundan əvvəl bildirilirdi ki, 2019-cu ildə prezident idarəçiliyi formasına keçidlə bağlı Baş nazir postu ləğv ediləcək. Həmçinin Türkiyə parlamentində deputatların sayının 550-dən 600-ə artırılacağı, yeni komissiyaların yaradılacağı bildirilir.

 





16.04.2018    çap et  çap et